Sosial şəbəkədə biz:

OPEK prezidenti təcili toplantı çağırdı - Neftin qiymətiylə bağlı

<span style="color: #000000;"><strong>OPEK prezidenti təcili toplantı çağırdı - Neftin qiymətiylə bağlı</strong></span> Neftin qiymətinin 31 dollara düşməsindən sonra Neft İxrac Edən Ölkələr Birliyi (OPEK) martda təcili planlaşmamış toplantı keçirmək niyyətindədir. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, OPEK prezidenti və Nigeriya neft naziri neftin qiymətindəki son rəqəmlərlə bağlı 2 ölkənin təcili toplantı keçirilməsini istədiyini açıqlayıb. Nazir toplantıda neft qiymətlərinin müzakirə ediləcəyini açıqlayıb. OPEK prezidenti isə bildirib ki, enerji daşıyıcılarının qiyməti artıq o həddə düşüb ki, görüş qaçılmazdır. Qeyd edək ki, bu gündünyada Brent markalı neft ilk dəfə olaraq 2004-cü ilin fevralından bəri psixoloji baryerdən aşağı – 31 dollara düşüb. ABŞ-ın da öz neftini Şimali Avropa ölkələrinə ixrac etmək istəməsi isə enerjidaşıyıcılarının qiymətinin bir qədər də düşməsinə səbəb ola bilər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol