Sosial şəbəkədə biz:

RAMİZ MEHDİYEV AMEA PREZİDENTİ OLDU – Prezident təsdiqlədi

23 October 2019, 17:39
Gündəm

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq ediilib. Prezidentin sərəncamında deyilir:

-Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 9.2-ci bəndinə uyğun olaraqqərara alıram:

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin