Sosial şəbəkədə biz:

Azərbaycan minik avtomobillərin istehsalını üç dəfə artıracaq - PROQNOZ

23 October 2019, 21:18
Gündəm

Azərbaycanda 2023-cü ildə 6 000 ədəd minik avtomobili istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 3 dəfə çoxdur.

"APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda 2 000 ədəd minik avtomobilin istehsalı gözlənilir və ilbəil 1 000 ədəd artacağı və 2023-cü ildə 6 000-ə çatacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 969 ədəd minik avtomobili istehsal edilib.

Azərbaycanda maşın və avadanlıqların istehsalı üzrə proqnoz göstəricilər:

Maşınqayırma sənayesi (növ üzrə)  2018-ci il  2019-cu il  2020-ci il  2021-ci il  2022-ci il  2023-cü il
Odsöndürənlər11 89613 08613 43614 63616 93617 336
Traktorlar130310508309309801 030
Yük avtomobilləri6870620760840680
Qoşqular və yarımqoşqular761760770780790800
Minik avtomobilləri9692 0003 0004 0005 0006 000