Sosial şəbəkədə biz:

Rusiyadan böyük jest: 20 milyard borc sildi

23 October 2019, 21:43
Gündəm

Rusiya Afrika ölkələrinin 20 milyard dollardan artıq borcunu silib.

RİA Novosti xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya – Afrika ölkələri sammitində çıxışı zamanı bildirib.

Putin bildirib ki, Rusiya – Afrika ölkələri arasında ticarət dövriyyəsi iki dəfədən çox artıb və 20 milyard dollara çatıb: "Mənə elə gəlir ki, bu çox azdır. Bu 20 milyarddan 7,7 milyard dolları bizim Misirlə ticarətimizdir. Bu ümumi məbləğin 40%-dir. Afrikada böyük potensiala malik tərəfdaşlarımız var".