Sosial şəbəkədə biz:

Eyvazovdan şəhid polisin yerinə təyinat

24 October 2019, 10:45
Gündəm

Ötən il Gəncə hadisələrində şəhid olan polkovnikin yerinə təyinat olub. 

“Qafqazinfo”nun xəbərinə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsində işləyən polis polkovnik-leytenantı İrza Nağıyev idarənin rəis müavini təyin olunub.

Qeyd edək ki, bu vəzifəni 2018-ci il iyulunda Gəncə hadisələrində şəhid olan polis polkovnik-leytenantı Səməd Abbasov icra edib.