Əməkdar artist Teatr Xadimləri İttifaqını tərk etdi - Afaq Bəşirqızının etirazının sədası böyüyür
Xalq artisti Afaq Bəşirqızının etirazından sonra Azərbaycan Teatr Xadimləri İttifaqından qopmalar yaşanır.
Mia.az xəbər verir ki, əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqından öz ərizəsi ilə ayrılıb: "Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm”.
Xatırladaq
ki, oktyabrn 22-də TXİ-də yeni yığıncaq keçirilib və Azər Paşa Nemətov
yenidən Teatr Xadimləri İttifaqının sədri seçilib.
Afaq Bəçirqızı isə həmin yığıncağa "Özümü orada oturmağa layiq bilmirəm" - deyərək, qurumun rəhbərini istefaya səsləmişdi.