Sosial şəbəkədə biz:

Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı istintaq davam edir

<strong><span style="color: #000000;">Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı istintaq davam edir</span></strong> Bakı Şəhər Prokurorluğu Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Prokurorluqdan  verilən məlumata görə, dekabrın 28-də saat 20 radələrində paytaxtın Ziya Bünyadov prospektində yerləşən “Bakı Tikinti Konstruksiyaları” ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması nəticəsində yaxınlıqdakı taxta sexinda fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov və Cabbar Əliyevin zəhərlənərək xəstəxanaya yerləşdirilmələri barədə hüquq mühafizə orqanlarına daxil olan məlumat əsasında Nərimanov Rayon Prokurorluğunun, Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri tədbirlər yerinə yetirilib. Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol