Sosial şəbəkədə biz:

Arif Hacılı “Bandotdel”dən çıxdı

13 January 2016, 16:44
Gündəm
Müsavat başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Seyfulla Əzimovla görüşü artıq başa çatıb. Məlumatı APA-ya Müsavat Divanının üzvü Nemət Kərimli verib. Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq. *   *   *14:21 Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər. BMCMİ-nin nümayəndələri qeyd ediblər ki, idarənin rəisi general Seyfulla Əzimov Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib. Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.