Sosial şəbəkədə biz:

Əlahiddə Ümumqoşun Orduda məşğələlər keçirilib - VİDEO

03 November 2019, 18:15
Gündəm

Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.

Azinforum.az xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzlərində keçirilən məşğələlər zamanı müxtəlif atıcı silahların, snayper tüfənglərinin, minaatan qurğularının, tank əleyhinə vasitələrin, əl qumbaralarının taktiki-texniki xüsusiyyətləri haqqında və eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib. Sonra məktəblilər avtomat və pulemyotlardan praktiki atışları yerinə yetiriblər.