Sosial şəbəkədə biz:

Siyəzəndə vəziyyət yenidən gərginləşdi

13 January 2016, 22:53
Gündəm
Siyəzəndə etirazlar davam edir. Şəhərin mərkəzi yerli polis orqanları ilə yanaşı Çevik Polis Alayı, Daxili Qoşun əməkdaşlarının nəzarəti altındadır. Rayon mərkəzinə gələn yollarda aksiyaçılar maşın təkərləri yandırıblar. Ara-sıra təhlükəsizlik qüvvələri həmin küçələrə baş çəkərək yandırılan təkərləri söndürür, aksiyaçıların ərazidən uzaqlaşmasına nail olurlar. Bu zaman təhlükəsizlik qüvvələrinə daş-kəsək atıldığı bildirilir. Belə bir toqquşma Siyəzənin mərkəzindəki “Xalq-bank”ın yerli şöbəsinin yaxınlığında baş verib, atılan daşların bir neçəsi binanın şüşələrinə dəyib. Ümumilikdə Siyəzəndə gərginlik qalsa da, vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır. Şəhərin mərkəzində sakinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. Aksiyaçılar ara məhlələrdə, küçələrdə qalmaqdadırlar.