Betonqarışdıran maşın 500 evi qazsız qoydu
Bakının Suraxanı rayonunda qaz təminatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Hövsan kəndində dənizkənarı ərazidə beton qarışdıran avtomobil qaz xəttini qırıb. 108 mm diametrində qaz xətti qırıldığı üçün 500 abonentin qaz təchizatında fasilə yaranıb.