Sosial şəbəkədə biz:

AXCP üzvünə 7 sutkalıq həbs cəzası verilib

14 January 2016, 18:00
Gündəm
Bu gün Nərimanov rayon Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Hüquqşünas Samirə Ağayevanın APA-ya verdiyi məlumata görə, T. İbrahim 7 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. Qeyd edək ki, T. İbrahim ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilir. Lakin T. İbrahim ittiham üzrə özünü təqsirli bilmir.