Sosial şəbəkədə biz:

Bakı-Böyük Kəsik dəmir yolunun təmiri 2017-ci ildə başa çatacaq

14 January 2016, 21:13
Gündəm
"Hazırda dövlət başçısının sərəncamı əsasında təsdiq edilən proqram çərçivəsində bu gün Bakı-Böyük Kəsik dəmir yolunda təmir işləri davam etdirilir". "Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, bu günə qədər Bakı-Böyük Kəsik dəmir yolu marşrutu üzrə təxminən 500 km yol təmir edilib: "Bakıdan Böyük Kəsiyə qədər olan məsafə bildiyiniz kimi 1 000 km-dir. Bu yollarda sürətin artırılmasına ehtiyac var. Bu istiqamət üzrə dəmiryolunun təmirinin başa çatdırılması 2017-ci ilin sonlarına planlaşdırılıb".