Sosial şəbəkədə biz:

Un və çörəyin qiyməti endirildi

<strong><span style="color: #ff0000;">Un və çörəyin qiyməti endirildi</span></strong>

Azərbaycanda bahalaşan əraz qiymətlərinə etirazlardan bir gün sonra, hökumət buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışına əlavə dəyər vergisini aşağı salıb.

Cümə günündən etibarən bu qayda ölkə böyunca tətbiq olunacaq. Manatın məzənnəsinin aşağı düşməsinin ardından ölkədə un və çörəyin qiymətinin artdığı müşahidə olunub. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörəyin 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacağı bildirilir. “Un və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək,” İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir. Son günlər Azərbaycanın bir sıra bölgəsində qiymət artımına və işsizliyə qarşı etiraz nümayişləri keçirən sakinlər həm də çörəyin qiymətinin qalxmasından narazılıqlarını bildirirlər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol