Sosial şəbəkədə biz:

Zahid Oruc: "Qohumuna “köpək oğlu” deyən icra başçısı özü nə olur?”

<strong><span style="color: #000000;">Zahid Oruc: <span style="color: #ff0000;">"Qohumuna “köpək oğlu” deyən icra başçısı özü nə olur?”</span></span></strong> Son günün ən çox müzakirə edilən mövzularından biri Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin vətəndaşa “köpək oğlu” deməsi ətrafında yaranmış qalmaqaldır. İcra başçısı bu məsələyə aydınlıq gətirərək deyib ki, söydüyü vətəndaş öz qohumudur. Bu məsələyə millət vəkili Zahid Oruc ölkə.az-a verdiyi açıqlamasında münasibət bildirib: “Baş verən aksiyalarda istər hansısa partiyanın nümayəndələri, istərsə də bir zamanlar icra başçısı tərəfindən vəzifədən çıxarılan şəxslər yaranan şəraitdən, sosial durumdan faydalanıb revanş götürmək istəyirsə, sənə qarşı qisasçılıq belə varsa, yenə də, ünsiyyət “köpək oğlu” şəklində ola bilməz. Orta əsrin feodal yanaşması deyil ki, sən qarşındakı şəxsi təhqir edirsən. Baş verənlərdən sonra insanlarımızın səsi məmurlara çatdı, hökumət bu məsələni dəyərləndirdi, qarşıdakı dönəmdə də bundan nəticə çıxaracaq. Baş verən aksiyalarda siyasi məsələlər yox, sosial-iqtisadi məsələlər qaldırılmışdı. Ona görə də, məmurlar oraya yığışan insanları iclas zallarına yığıb onlarla görüşməli, danışmalı idilər. Qohumumdur deyib, təhqir edib, hələ bununla da ölkə ictimaiyyətinə demək ki, “burada hansı qəbahət var?”... Bilirsiniz, adam fərqində deyil ki, öz qohumuna “köpək oğlu” deyirsə, bəs özü nə olur?".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol