Maaşlarını ala bilməyən pambıq zavodunun işçiləri Bərdə-Ağdam yolunu bağladılar - FOTOLAR
Kənd təsərrüfatının "inkişaf"ında qısaqapanmalar özünü göstərməyə başlayıb.

Belə ki, Bərdədən Moderator.az- a daxil olan məlumata görə rayondakı pambıqtəmizləmə zavodunun işçiləri bir neçə aydır maaşlarını ala bilmədiklərinə etiraz əlaməti olaraq Bərdə-Ağdam magistral yolunu bağlayıblar.
