Sosial şəbəkədə biz:

“Binə” ticarət mərkəzində iki qardaş Çin vətəndaşını döyüb

15 January 2016, 11:46
Gündəm
“Binə” ticarət mərkəzində ticarətlə məşğul olan Çin vətəndaşı 29 yaşlı Lan Lan döyülüb. 
“Report”un xəbərinə görə, o, polisə müraciət edərək həmin ticarət mərkəzində ticarətlə məşğul olan Natiq Aslanov və qardaşı Nurəli Aslanov tərindən döyüldüyünü bildirib.
Hər iki qardaş saxlanılıb və izahatları alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.