Sosial şəbəkədə biz:

"Veysəloğlu"nun satış meneceri məhkəmə zalında həbs olundu

15 January 2016, 11:56
Gündəm
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə başa çatıb. "Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, N.Axundov "Veysəloğlu" MMC-də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.