Sosial şəbəkədə biz:

“Pulumuzu döşəyin altında saxlayırıq” – SORĞU

<strong><span style="color: #000000;">“Pulumuzu döşəyin altında saxlayırıq” <span style="color: #ff0000;">– SORĞU</span></span></strong> Azərbaycan vətəndaşlarının əksəriyyətinin saxlamağa pulu yoxdur. Bu, fins.az-ın oxucuları arasında keçirilmiş sorğu nəticəsində məlum olub. Qeyd edək ki, ənənəvi sorğuda “Pullarınızı necə saxlayırsınız?” sualı qoyulub. Sorğuda 1594 nəfər iştirak edib. Onlardan 946-sı və yaxud 59,3%-i saxlamağa pulunun olmadığını bildirib. Rəyi soruşulanların 21,2%-i pulunu dollarda, 0,6% isə avroda saxladığını qeyd edib. Pulunu evdə manatla saxlayanlar isə 6,4% təşkil edib. Sorğu iştirakçılarının 3,6%-i pulunu evdə “döşəyin altında”, 3,5%-i isə bankda əmanət kimi saxladığını bildirib. Fikrini bildirənlərin cəmi 2,8%-i pulunu daşınmaz əmlakda saxladığını bəyan edib. 1% və yaxud 16 respondent pulunu biznesə yatırıb. Pulunu qızıl-zinyət əşyalarında saxlayanların və sələmə verənlərin sayı isə eyni olub hərəyə 0,8%.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol