Sosial şəbəkədə biz:

Bakıda gəlin maşını küçənin ortasında yanaraq külə dönüb – VİDEO

20 November 2019, 21:11
Gündəm

Avtomobilin hansı səbəbdən yanması məlum deyil, xəsarət alanlar barədə də məlumat yoxdur

Paytaxtda toy üçün bəzədilən gəlin maşınlarından biri, Hava Limanından şəhər istiqamətində hərəkətdə olarkən yanıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video və foto görüntülər yayılıb.

Məlumata görə, 99 ME 095 dövlət nömrə nişanlı, "Audi" markalı avtomobilin hansı səbəbdən yanması məlum deyil. Təxminən yarım saat sonra avtomobil külə dönüb. Xəsarət alanlar barədə məlumat yoxdur.

Görüntüləri təqdim edirik: