Sosial şəbəkədə biz:

142 saxta həkim diplomu aşkarlandı

<span style="color: #000000;"><strong>142 saxta həkim diplomu aşkarlandı</strong></span> Ötən il Azərbaycanda 38 saxta diplom aşkarlanaraq, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.   Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə həmin qurumla birgə müvafiq tədbirlər davam etdirilir. Məlumata görə, 2011-ci ildə başlayan tibb işçilərinin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 142 saxta diplom aşkarlanıb.   Qeyd olunub ki, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə neqativ hallarla bağlı daxil olmuş 690 məlumat araşdırılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol