Sosial şəbəkədə biz:

Eldar Sultanov Füzuli xəbərini təkzib elədi: "Polis əməkdaşları tutulmayıb..."

<strong><span style="color: #000000;">Eldar Sultanov Füzuli xəbərini təkzib elədi: <span style="color: #ff0000;">"Polis əməkdaşları tutulmayıb..."</span></span></strong> Füzulidə baş verən hadisələrlə bağlı hər hansı polis əməkdaşı tutulmayıb. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. E.Sultanov deyib ki, Füzuli rayon Polis şöbəsinin əməkdaşı Samir Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovun Füzulidə baş verən hadisələrlə əlaqədar tutulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Xatırladaq ki, apa bir neçə saat əvvəl Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulması ilə bağlı məlumat yaymışdı.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol