Sosial şəbəkədə biz:

Yeni rabitə nazirinin TƏRCÜMEYİ-HALI

15 January 2016, 17:47
Gündəm
Prezident İlham Əliyev bu gün Ramin Namiq oğlu Quluzadəni Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edib. R.Quluzadə bu təyinatadək rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini vəzifəsini tuturdu. Modern.az-ın məlumatına görə, Ramin Quluzadə 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirib. 2005-2015-ci illərdə Heydər Əliyev Fondunda çalışıb. O, bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib. Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.