Sosial şəbəkədə biz:

Zəhərlənən qızlar evə buraxıldı

27 November 2019, 16:16
Gündəm

Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənən tələbə qızlar evə buraxılıb. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə olunan 2 tələbə qız - Dilrubə Quliyeva və Həmidə İbadova bu gün saat 14:50-də evə yazılıblar. 

Xatırladaq ki, tələbələr noyabrın 20-dən 21-nə keçən gecə ilkin ehtimala görə, qidadan zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Onlarla eyni otaqda qalan və zəhərlənən Şəkər Xasmətovanın isə meyiti aşkarlanıb.