Sosial şəbəkədə biz:

YAP-da da GƏNCLƏŞMƏ gözlənilir... - İDDİA

28 November 2019, 10:14
Gündəm

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclası çağırılıb.

Azvision.az xəbər verir ki, iclas bu gün saat 11:00-da partiyanın mərkəzi qərargahında keçiriləcək.
Əldə etdiyimiz məlumata görə, iclasda əsas müzakirə mövzusu partiyada gəncləşmə məsələləri olacaq. Ehtimal olunur ki, YAP-da vəzifə tutan bəzi qocaman simalar gənc kadrlarla əvəz olunacaq.

Qeyd edək ki, iclasdan sonra saat 15:00-da YAP sədrinin müavini - icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək.