Sosial şəbəkədə biz:

İnterpol Riyad Əliyevin axtarışını dayandırıb

16 January 2016, 12:59
Gündəm
İnterpol Təfəkkür Universitetinin Kiyev filialının rektoru olmuş Riyad Əliyev axtarışını dayandırıb. Azinforum.az -ın məlumatına görə, R. Əliyevin beynəlxalq axtarışda olması ilə bağlı İnterpolun saytında yerləşdirilmiş məlumatlar da qurumun saytından çıxarılıb. Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanları tərindən dövlətlərarası axtarışa verilib. O, dələduzluqda təqsirli bilinir. R. Əliyev mətbuatda özünü Təfəkkür Universitetinin təsisçilərindən biri, universitetin Kiyev filialının rektoru kimi təqdim edir.