Sosial şəbəkədə biz:

Nazir Baş Dövlət Yol Polisi İdarəsində müşavirə keçirdi

16 January 2016, 13:06
Gündəm
Baş Dövlət Yol Polisi İdarəsində əməliyyat müşavirəsi keçirilib. "Report" xəbər verir ki, 2015-ci ildə Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan müşavirəyə daxili işlər naziri general-polkovnik Ramil Usubov rəhbərlik edib. Müşavirədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun hesabatı dinlənilib. İdarə rəisi ötən il görülən işlər, həyata keçirilən tədbirlər, ölkədə yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün atılan addımlar barədə məlumat verib. İclasda 2016-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.