Sosial şəbəkədə biz:

Qadınla kişi maşında yanaraq öldü - Fotolar

29 November 2019, 16:19
Gündəm

Ağcabədi rayonunun Avşar kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. 

“Qafqazinfo” xəbər verir ki, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Hadisə zamanı “VAZ 21 099” markalı avtomobildə yanaraq ölən şəxslər rayon sakinləri - 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdır.

Hadisə zamanı digər “VAZ 21 07” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan O. Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib.