Sosial şəbəkədə biz:

Fərəh Əliyeva Administrasiyada yeni şöbəyə müdir təyin olundu - SƏRƏNCAM

29 November 2019, 19:25
Gündəm

Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.
Moderator.az-ın məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, F.Əliyeva bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində işləyib.