Sosial şəbəkədə biz:

İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərildi

16 January 2016, 20:54
Gündəm
İstanbulun Sultanahmet meydanında törədilən terror aktı nəticəsində həlak olan 10 Almaniya vətəndaşının cənazəsi Berlinə göndərilib. "Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, turistlərin cənazələri axşamüstü polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib və Almaniyadan göndərilən xüsusi təyyarəyə yüklənərək yola salınıb. Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.