Sosial şəbəkədə biz:

Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib

16 January 2016, 22:32
Gündəm
Kəpəz rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib. Bu barədə məlumatı APA-ya İdarədən veriblər. Məlumata görə Kəpəz rayon Polis İdarəsinin rəisi işləyən polis polkovniki Ağahüseyn Məmmədov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilib. Qeyd edək ki, 2011-ci ildən Kəpəz rayon Polis İdarəsinin rəisi işləyən A.Məmmədov ondan əvvəl Gəncənin Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.