Sosial şəbəkədə biz:

Bu məktəbin bütün şagirdləri dərsə velosipedlə gedir - VİDEO

02 December 2019, 22:15
Gündəm

Balakən rayonunun Gürcüstanla sərhəddə yerləşən İtitala kəndində şagirdlərin əksəriyyəti dərsə velosipedlə gedir.

Velosipedlə məktəbə gəlməklə həm vaxtında dərsə çatırlar, həm də bir növ idman etmiş olurlar. Mətəbin həyətində velosipedlərin qoyulması üçün xüsusi yer ayrılıb.

Qeyd edək ki, bu məktəbdə Azərbaycan və gürcü bölmələri daxil olmaqla, ümumilkdə 368 şagird təhsil alır.