“Bu, mənim üçün gözlənilməz oldu” – Rüstəm Xəlilovdan ilk açıqlama
“Prezidentin sərəncamı mənim üçün gözlənilməz oldu”. Bu sözləri
Yenisabah.az-a Hacıqabul rayonuna icra başçısı təyin edilən Rüstəm
Xəlilov deyib. 2005-ci ildən millət vəkili olan Rüstəm Xəlilov bu gün
sözügedən rayona icra başçısı təyin edilib.
O
bildirib ki, icra başçısı təyin olunacağı barədə gözləntisi olmayıb.
“Bunu gözləmirdim. Ancaq bu mənə göstərilə yüksək etimaddır. İndi
tədbirdəyəm çox danışa bilmirəm”, - deyə Rüstəm Xəlilov icra başçısı
təyin olunmasına qısa şəkildə münasibət bildirib.