Sosial şəbəkədə biz:

Rasim Balayev: "Evimdə kombi işləmir, soyuqlamışam"

04 December 2019, 21:22
Gündəm

Görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.
Sonxeber.az xəbər verir ki, aktyor dünəndən etibarən səhhətində yaranan problemlə əlaqəli ev şəraitində müalicə alır. Kinoaktyor səhhətindəki problemin soyuqlama səbəbindən yarandığını vurğulayıb:
"Kombi yanmadı, otaqlar soyuq olduğu üçün sağlamlığımda problem yarandı. Soyuqlamışam, bir az qızdırmam var. Bu problemi aradan qaldırmaq üçün mürəbbəli çay içirəm".