Sosial şəbəkədə biz:

Elçibəyin silahdaşı parlament seçkilərinə qatılır

10 December 2019, 16:14
Gündəm

Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezidenti Əbülfəz Elçibəyin silahdaşları da 9 fevral parlament seçkilərinə qatılmağı düşünür. 

Cebhe.info-nun əldə etdiyi məlumata görə, Birləşmiş Azərbaycan Yurdları (BAY) Ocağı başqanı Cahandar Bayoğlu 9 fevralda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. 

Qeyd edək ki, Cahandar Bayoğlu xalq hərəkatının fəallarından, AXC-nin qurucularından biri olub.  Bütöv Azərbaycan Birliyində Elçibəyin müavini postunu tutub.  Elçibəy dünyasını dəyişdikdən sonra heç bir siyasi partiyaya üzv olmayıb. 

Siyasi cameədə o, Elçibəy ideya-siyasi xəttinə sadiq şəxs kimi tanınır