Sosial şəbəkədə biz:

Bakıda xəstə özünü xəstəxananın beşinci mərtəbəsindən atdı

18 January 2016, 13:25
Gündəm
Bakıda intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən 1 saylı şəhər Kliniki Tibbi Mərkəzdə ("keçmiş Semaşko") qeydə alınıb. Xəstəxanada müalicə olunan Zeynal Zeynalov özünü beşinci mərtəbədən atıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisə ilə bağlı araşdırmalar aparılır.