Sosial şəbəkədə biz:

Məktəbdə təsadüfən keçirilən kinoloji sərgi azyaşlı narkomanları üzə çıxardı

12 December 2019, 22:47
Gündəm

İspaniyanın Marbelya şəhərində polislər üç yeniyetmədə narkotik tapılandan sonra istintaqa başlayıblar.

Bu barədə İspaniyanın “20 minutos” qəzeti xəbər yayıb.

Bildirilir ki, məktəblərin birində kinoloji sərgi keçirilirmiş. Xüsusi bölmə ilə tanışlığın öncə meydançada keçirilməsi nəzərdə tutulub, lakin külək və yağış səbəbindən tədbir təhsil müəssisəsində keçirilib.

Nümayiş zamanı heyvanlar narkotik iyi hiss ediblər. Araşdırma zamanı 14-15 yaşlı üç məktəblidə narkotik aşkarlanıb.