Sosial şəbəkədə biz:

TBMM sədri Bakıya gəlir

14 December 2019, 10:32
Gündəm

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop dekabrın 17-də Azərbaycana səfər edəcək.

Bu barədə Azvision.az -a Türkiyənin Bakıdakı səfiri Erkan Özoral məlumat verib. Onun sözlərinə görə, Şentop Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Baş Məclisinin iclasında iştirak edəcək.Bundan əlavə, Türkiyə parlament sədrinin Bakıda bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Xatırladaq ki, TÜRKPA Baş Məclisinin yığıncağı dekabrın 18-də keçiriləcək.