Fondun nizamnamə kapitalı 637 milyon manata çatdırıldı
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb.
Bununla bağlı Prezidentİlham Əliyev fərman imzalayıb. Fərmana əsasən Fondun nizamnamə kapitalı 637 milyon manata çatdırılıb.
Bundan əvvəl İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi 566 milyon manat idi.