Sosial şəbəkədə biz:

Siqaretin qiyməti ilə bağlı rəsmi - Açıqlama

19 January 2016, 11:10
Gündəm
Bir sıra xəbər saytları bildiriblər ki, markasından asılı olaraq siqaretlərin qiyməti 25 faizdən 30 faizə qədər aşağı düşüb. Lakin bu xəbər təsdiqini tapmır. Virtualaz.org-un İqtisadiyyat Nazirliyindən aldığı məlumata görə, siqaretin qiyməti ilə bağlı hələlik heç bir yenilik yoxdur. Xatırladaq ki, dekabr ayının sonlarında siqaretin qiyməti təxminən 20%, yanvar ayının ortalarında isə daha 20% bahalaşmışdı.