Sosial şəbəkədə biz:

Araz Əlizadənin həkimindən açıqlama

19 December 2019, 12:37
Gündəm

“Deputat Araz Əlizadənin vəziyyəti yaxşıdır. Hazırda palatada gəzir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında millət vəkilini əməliyyat edən cərrah-laparoskopist Elçin Əzizov deyib. 

O qeyd edib ki, dünəndən Araz Əlizadənin böyrək çatışmazlığından əziyyət çəkdiyi haqqında məlumatlar yayılır: “Bu məlumat yanlışdır. Araz Əlizadə öd kisəsindən laparoskopik əməliyyat olunub. Çox güman ki, sabah klinikadan evə buraxılacaq”.

Xatırladaq ki, deputat “Caspian İnternational Hospital”da əməliyyat olunub.