Sosial şəbəkədə biz:

Yeni manat olmayacaq – AÇIQLAMA

19 January 2016, 13:10
Gündəm
Elman Rüstəmov məsələyə aydınlıq gətirdi. Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur. Azinforum.az  APA-ya istinadən bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov bildirib. E. Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur”, - deyə E. Rüstəmov bildirib.