Sosial şəbəkədə biz:

Naxçıvanda İşsizlikdən sığorta fondunun büdcəsi təsdiqlənib

22 December 2019, 14:59
Gündəm

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib.

Azinforum.az xəbər verir ki, həmin sessiyada İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi təsdiq olunub. Fondun büdcəsinin gəlir və xərcləri 2 milyon 450 min manat məbləğində müəyyən edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.