Sosial şəbəkədə biz:

Bakıda ölən xəstənin yaxınları həkimi döyüb

19 January 2016, 16:17
Gündəm
3 saylı Sabunçu Klinik Xəstəxanasında həkim xəstə yaxınları tərəfindən döyülüb.
“Report” xəbər verir ki, üç-dörd nəfər naməlum şəxs qohumlarının xəstəxanada ölməsinə etiraz edib. Həmin şəxslər daha sonra xəstəxananın həkimi, 50 yaşlı Sevda Hüseynovanı döyüblər.
Naməlum şəxslər daha sonra xəstəxananın qapısının şüşəsini sındırıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsində (PB) araşdırma aparılır.