Sosial şəbəkədə biz:

Qüdrət Həsənquliyev bu dəfə namizədliyini Naxçıvandan irəli sürmədi...

24 December 2019, 19:00
Gündəm

Fəttah Heydərov isə Naxçıvandan namizəd olacaq

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.

“AzPolitika.info”-nun məlumatına görə, Q.Həsənquliyev Bakıdan - 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb. Partiya sədri saytımıza bu məlumatı təsdiq edib.

Xatırladaq ki, sözügedən dairəni hazırda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir. O, bir neçə seçki məhz bu dairədən mandat alıb. S.Seyidovun Q.Həsənquliyevə rəqib olub-olmayacağı çox böyük ehtimalla sabah məlum olacaq. Hakim partiyanın öz namizədlər siyahısını məhz sabah açıqlayacağı gözlənilir.