Sosial şəbəkədə biz:

AMEA-da birinci vitse-prezidentlik yaradılır

26 December 2019, 11:51
Gündəm

Dekabrın 28-də AMEA Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri haqqında məsələlər daxil edilib.