Sosial şəbəkədə biz:

Büdcədə 13,9 milyon manatlıq – KƏSİR

19 January 2016, 21:08
Gündəm
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 15 milyard 455,3 milyon manat vəsait daxil olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Moderator.az -a bildirilib. “Büdcədən 15 milyard 469,2 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 13,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,03%-i səviyyəsində olub. Büdcə xərclərinin 5,8 milyard manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,6 milyard manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 6,1 milyard manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib”.