Sosial şəbəkədə biz:

Şirvanda dəhşətli qəza - 4 nəfər öldü + Video

27 December 2019, 11:42
Gündəm

Şirvan şəhərində dəhşətli yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 4 nəfər vəfat edib.

Hadisə bir neçə dəqiqə əvvəl Şirvan şəhərinin girəcəyində, "Şirvan" sözü yazılan abidənin qarşısında baş verib.

***

 90 OT 031 nömrəli "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədib. Maşında olan 3 qadın və kişi sürücü hadisə yerində vəfat edib.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

***

Vəfat edən sürücünün 1985-ci il təvəllüdlü Şamilov Qadir Cəfər oğlu olduğu müəyyən edilib.