Sosial şəbəkədə biz:

YAP-da iclas başa çatdı, əksər deputatların adları yeni siyahıda yoxdur

27 December 2019, 14:39
Gündəm

"AzPolitika.info"-nun əldə etdiyi məlumata görə, köhnə komandadan xeyli adam namizədliyinin yenidən təsdiq olunmasına nail olub. Hakim partiyanın namizədlər siyahısı əhəmiyyətli dərəcədə yenilənsə də, Milli Məclisin son tərkibində yer alan deputatladan bir çoxunun da namizədliyi irəli sürülüb. Məsələn, deputatlar İqbal Məmmədov, Eldar İbrahimov, Hadı Rəcəbli və Hüseynbala Mirələmovun yenidən hakim partiyanın siyahısına düşdükləri dəqiqləşib.

***

YAP-ın deputatlığa namizədlər siyahısı ilə bağlı mühüm detal açıqlanıb. Hakim partiyanın İdarə Heyətinin üzvü  (ad açıqlanmır) "Trend"-ə bildirib ki, namizədlər siyahısında Milli Məclisin son tərkibində yer alan deputatların əksəriyyətinin adları yer almır. 

*   *   *12:56

Bu dəqiqələrdə hakim YAP-da Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb. Bildirilir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdrililəcək. Siyahıda Milli Məclisin əvvəlki tərkibində yer alan bir sıra YAP-çıların adlarının yer almayacağı bildirilir. Onlardan biri-Arif Rəhimzadə təsdiq edib ki, daha deputatlığa namizəd olmayacaq.

*   *   *12:06

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.

"Report" xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.

İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.