Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib - VİDEO
Bakıda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta spirtli içkilərin istehsalı ilə məşğul olan bir neçə sex və bu içkilərin satıldığı obyektlər aşkar edilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından informasiya verilib.
Məlumata görə, dekabrın 27-də ələ keçirilmiş məhsulların nümunələri Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinin laboratoriyasına göndərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.
Qurbanlardan biri DİN-in BŞBPİ-nin Nərimanov rayonu RPİ-nin 18-ci Polis Şöbəsinin cinayət-axtarış baş leytenantı, 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub.